Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçildi

17 fev 2026, 12:08
ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçildi

ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçilib.

Müsabiqənin builki qalibləri “Berry Blues by We Grow” şirkətinin təsisçiləri İlyas Əhmədov və Mehri Əhmədova olublar. Onlar 19 finalçı arasından seçiliblər. Qaliblər Azərbaycanı Monakoda - müsabiqənin beynəlxalq mərhələsində təmsil edəcəklər.

Münsiflər heyətinin üzvləri xüsusi nominasiyalar üzrə qalibləri də müəyyən ediblər: “Enerji keçidi həlləri” nominasiyası üzrə Orxan Məmmədov (Green Life Enginnering); “Ən yaxşı müştəri həlli nominasiyası” üzrə Rüfət Babakişiyev (Crocusoft); “Ətraf mühitə töhfə” nominasiyası üzrə Samir Kərimov (APAR); “İnnovasiya” nominasiyası üzrə Ülvi Aslanov (Code Academy); “Kənd təsərrüfatında inkişaf” nominasiyası üzrə Müşfiq Hüseynov (AZSAFFRON); “Qadın sahibkarlığı” nominasiyası üzrə Günay Mustafayeva (MedLife Hospital); “Regional inkişaf” nominasiyası üzrə Bəxtiyar Hüseynov (Eel Electric).

“EY İlin İş Adamı” müsabiqəsi ölkəmizdə 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. “EY İlin İş Adamı” müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 90-dan çox sahibkarı birləşdirən geniş icmaya çevrilib.

Proqramın tərəfdaşları sırasında APFM, “Finansist” jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO da var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.