Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

"Qara polkovnik"in yaxın qohumu Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı yeni təfərrüat

13 fev 2026, 10:38
"Qara polkovnik"in yaxın qohumu Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı yeni təfərrüat

Fevralın 12-si gecə saatlarında Nardaran qəsəbəsində 64 yaşlı Rəşad Əliyevin dəm qazı zəhərlənməsindən dünyasını dəyişməsi faktı ilə əlaqədar yeni məqamlar bəlli olub.

Liderxeber.az məlumat verir ki, faciəyə bağ evinin zirzəmisində yerləşdirilmiş istilik sistemi (kombi) yol açıb.

Məlumata görə, kombi aparatının yanmış qazı xaric edən borusunda yaranan nasazlıq nəticəsində karbon monoksid zirzəmiyə dolub. Daha sonra zəhərli qaz yuxarı mərtəbələrə sızaraq evdə olan Rəşad Əliyev və xanımı Dilarə Əliyevanın zəhərlənməsinə gətirib çıxarıb. R.Əliyev hadisə yerində həyatını itirib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, 64 yaşlı Rəşad Əliyev keçmişdə mühüm dövlət vəzifələrində çalışmış şəxsdir.

Məlumata görə, R.Əliyev son illərdə özəl sektorda fəaliyyət göstərən iri şirkətlərə rəhbərlik edib. Belə ki, o, 1990-cı illərdə Dövlət Baş Xəzinədarlığında direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, baş nazirin birinci müavininin köməkçisi və digər məsul vəzifələri tutub.

Sonralar biznes sahəsinə keçən R.Əliyev "Toyota Bakı Mərkəzi"nin baş direktoru, "İSR Avto"nun direktoru, "Improtex Motors"un baş meneceri, həmçinin STP-də müxtəlif şirkətlərin rəhbəri vəzifələrini icra edib. 2025-ci ilin noyabr ayından etibarən isə "IZIA Development" şirkətinin direktoru vəzifəsində çalışdığı bildirilir.

Mərhumun atası Firudin Əliyev də tanınmış ictimai-siyasi xadim olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), eləcə də Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı kimi fəaliyyət göstərib. "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif olunan F.Əliyev 1983-cü ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib.

Əlavə edək ki, Rəşad Əliyev tanınmış polis zabiti, AFFA-nın sabiq vitse-prezidenti, "Qara polkovnik" ləqəbi ilə tanınan Fətulla Hüseynovun bacısı oğludur. Rəşad Əliyevin anası Roza Əliyeva isə Dövlət İdarəçilik Akademiyasının dosentidir.