Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Ərəb Parlamentinin prezidenti Fəxri xiyaban və Zəfər parkında - Fotolar

11 fev 2026, 15:20
Ərəb Parlamentinin prezidenti Fəxri xiyaban və Zəfər parkında - Fotolar

Ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Liderxeber.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub.

Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.