Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Ramiz Mehdiyevlə bağlı məhkəmə qərar verdi

10 fev 2026, 16:35
Ramiz Mehdiyevlə bağlı məhkəmə qərar verdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb.

Liderxeber.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R.Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha dörd ay uzadılıb.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb.