Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“Dünənki Sərəncamla 1.1 milyona yaxın şəxsin pensiyası artırıldı”

10 fev 2026, 12:02
“Dünənki Sərəncamla 1.1 milyona yaxın şəxsin pensiyası artırıldı”

“Son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb. Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Ötən 2 ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb. Zəfər seçkisindən sonra əvvəlki illərdə olduğu kimi Azərbaycanda sosial təminat tədbirlərinin daha dərinləşdirilməsi və əhalinin sosial rifahının daha yüksəldilməsi üçün yeni sosial paketin reallaşması həyata keçirildi. Yalnız son iki ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Dünən cənab Prezidentin imzaladığı Sərəncamla 1.1 milyona yaxın vətəndaşımızın pensiyaları artırıldı”, - deputat əlavə edib.