Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Naxçıvanın yeni Baş naziri kimdir?

09 fev 2026, 11:54
Naxçıvanın yeni Baş naziri kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan Ali Məclisi Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması barədə qərar qəbul edib.

Liderxeber.az-ın məlumatına görə, indiyədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Cabbar Hafiz oğlu Musayev 1981-ci ildə bu şəhərdə doğulub.

O, Türkiyənin Ankara şəhərində ali təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib. 2013-2016-cı illərdə “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Prezidentin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.