Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

XİN Pakistana başsağlığı verdi

06 fev 2026, 16:03
XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslamabadda məsciddə baş verən partlayışın qurbanları ilə bağlı Pakistana başsağlığı verib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı XİN-in feysbuk hesabında paylaşım edilib.

“İslamabadda məsciddə törədilmiş və günahsız insanların həlak olmasına, bir çoxunun yaralanmasına səbəb olmuş faciəvi terror aktı ilə əlaqədar olaraq Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

İbadət edən insanları müqəddəs məkanda hədəf alan bu dəhşətli zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.

Dualarımız partlayış qurbanlarının ailələri ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Azərbaycan qardaş Pakistanla həmrəydir, sülhə, sabitliyə və terrorizmin bütün formalarına qarşı mübarizəyə qəti dəstəyini bir daha təsdiqləyir”, - paylaşımda deyilir.