Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“Avtobus yolunu dəyişdiyindən işə gecikirik”

04 fev 2026, 17:05
“Avtobus yolunu dəyişdiyindən işə gecikirik”

“28 May” metro stansiyasını Lökbatan qəsəbəsi ilə birləşdirən 125 nömrəli marşrut avtobusu bir müddətdir Lökbatan dairəsindən qəsəbəyə gələrkən yolunu dəyişərək “Abşeron” Ticarət Mərkəzi istiqamətinə gedir və oradan fırlanaraq Lökbatana daxil olur. Bu həm gəliş, həm də gediş zamanı baş verir. Lakin həmin ərazidə avtobuslara nə minən, nə də düşən olur. Hər dəfə təxminən 20 dəqiqəyə yaxın vaxtımız gedir”.

Bu şikayətlə Liderxeber.az-a vətəndaşlar müraciət ediblər.

Şikayətçilərin sözlərinə görə, dayanacaq olmadığı halda avtobusun “Abşeron” Ticarət Mərkəzindən keçməsi xeyli vaxt itirmələrinə səbəb olur: “Əvvəllər “28 May” metro stansiyasına “Binə” Ticarət Mərkəzindən gedən avtobus hazırda ilk olaraq Abşerondan keçir, sonra “Sədərəy”in girişində saxlayır, ən sonda isə “Binə”dən keçir. Tələbələr universitetə, digər vətəndaşlar işə gecikir. 130 və 206 nömrəli marşrutlar başda olmaqla bir neçə avtobus yuxarı yolla hərəkət etməsi səbəbindən oradan keçir, ancaq 125-in istiqaməti aşağı yol olduğundan bizə sərf etmir. Lökbatana yaxın metro olmadığı üçün şəhərə getməli olan hər kəs 125-ə minməlidir”.

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 125 nömrəli müntəzəm marşrut xətti “28 May” m/st – Lökbatan qəsəbəsi istiqamətində hərəkət edir. Marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edir və xətt üzrə ümumilikdə 21 avtobus fəaliyyət göstərir: “Məlumat üçün bildiririk ki, sərnişinlərin “28 May” NMM-dən “Abşeron” Ticarət Mərkəzinə və əks istiqamətdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə marşrutun hərəkət istiqaməti həmin ərazidən keçməklə təşkil edilib.

Marşrutun hərəkət trayektoriyasına dayanacağın əlavə edilməsi sərnişinlər üçün nəqliyyat əlçatanlığının artırılması və o istiqamətdə sərnişin gedişlərinin təmin olunmasına xidmət edir”.