Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə Hüquq müdafiəçiləri klubunun fəaliyyəti uğurla davam edir

04 fev 2026, 16:23
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə Hüquq müdafiəçiləri klubunun fəaliyyəti uğurla davam edir

“Hüquq müdafiəçiləri klubu” layihəsi çərçivəsində Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə növbəti tədbir baş tutub.

Liderxeber.az xəbər verir ki, layihə çərçivəsində şagirdlərin hüquqi biliklərinin artırılması, məhkəmə proseslərinin mahiyyətinin praktiki şəkildə mənimsənilməsi və hüquqi düşüncə tərzinin formalaşdırılması məqsədilə 28.01.2026-cı il tarixində mülki iş üzrə məhkəmə simulyasiyası həyata keçirilib. Bu məqsədlə klubun 10 nəfər fəal üzvü hakim, vəkil, iddiaçı və cavabdeh rollarında iştirak edərək məhkəmə prosesinin mərhələlərini real şəraitə uyğun şəkildə canlandırıblar. Simulyasiya zamanı şagirdlər hüquqi terminlərdən istifadə, arqumentlərin əsaslandırılması, məntiqi düşünmə və ünsiyyət bacarıqlarını praktik müstəvidə nümayiş etdiriblər.

Xatırladırıq ki, “Hüquq müdafiəçiləri klubu” layihəsi Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə layihə rəhbəri Ləman Məstalıyeva tərəfindən həyata keçirilir. Simulyasiya məhkəməsi isə hüquqşünas Arzu Şükürovanın rəhbərliyi ilə təşkil olunub. Layihənin əsas məqsədi şagirdlər arasında hüquqi savadlılığın artırılması, praktik hüquq biliklərinin formalaşdırılması və vətəndaş məsuliyyətinin gücləndirilməsidir.