Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Polad Həşimovun övladları ilə - Son fotosu

03 fev 2026, 13:11
Polad Həşimovun övladları ilə - Son fotosu

Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova şəhidin övladları ilə çəkilmiş son fotosu barədə danışıb. 

Liderxeber.az xəbər verir ki, həmin foto Polad Həşimovun şəhid olmasından 23 gün öncə çəkilib.

Ofelya Salmanova həmin günü belə xatırlayır:

“Dedi ki, böyük bir göl var, onun kənarında çox gözəl bir yer tanıyıram. Yeməkləri də, havası da əladır. Gedək, bir az hava alaq. Yol boyu çəmənlikləri, yaşıl-boz təpələri göstərir, maraqlı söhbətlər edirdi. Barmağını böyük bir buluda uzadıb “Baxın, nə maraqlı görünür”, - dedi. 

Yemək süfrəsi arxasında isə durmadan uşaqların gələcəyindən danışırdı. Çox vaxt “Aybəniz xanım” deyə çağırdığı bircəcik qızımızın bir ildən sonra verəcəyi qəbul imtahanından, həkim olacağından söz açırdı. Övladlarına dünyanın bütün sərvətlərindən daha qiymətli olan ata nəsihətləri verirdi.

Bir ara gölün kənarına çəkilib uzun-uzadı uzaqlara baxdı. Dərin düşüncələrə daldı… Sən demə, o bulud da, uzaqlara dikilən gözlər də Poladın artıq yeni və bizsiz bir yola girdiyinin xəbərçisi imiş. İyirmi üç gün sonra şəhid oldu”. 

Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verilib.