Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

İcra məmurları belə geyinəcək - Baş nazir təsdiqlədi-Fotolar

03 fev 2026, 12:14
İcra məmurları belə geyinəcək - Baş nazir təsdiqlədi-Fotolar

Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçadan tikilməli və sağlamlığa mənfi təsir göstərməməlidir.

Qış dəstinə beysbolka, istiləşdirilmiş gödəkçə, yaz-payız gödəkçəsi (qolsuz), uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı aiddir.

Yay dəstinə beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı daxildir.

Nişanlar rezin (qara) və metal (ağımtıl şəffaf) kombinasiyalı materialdan hazırlanmaqla, qalxanvarı formadadır, uzunluğu 80 mm, eni 65 mm-dir, üzərindəki yazılar lazer üsulu ilə həkk edilir.

Xüsusi icra məmurunun nişanının üzərində gümüşü rəngdə “Xüsusi icra məmuru” sözləri, böyük hərflərlə soyadı, adı, atasının adı və reyestr nömrəsi göstərilir. Nişana, həmçinin reyestr nömrəsinin həqiqiliyinin yoxlanılmasına imkan verən QR kod əlavə edilir.

Xüsusi icra məmurunun və onun köməkçisinin nişanları geyim formasının sol döş hissəsinə asılmalıdır (bərkidilməlidir, yapışdırılmalıdır). Təsvirlər dövlət icra məmurlarına şamil edilmir.

Qərarla ayaqqabının geyimə uyğun olması şərtilə seçimi sərbəstdir.