Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bu kənddə yeni məktəb istifadəyə verildi - Fotolar

02 fev 2026, 15:31
Bu kənddə yeni məktəb istifadəyə verildi - Fotolar

Ölkəmizdə təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən 528 şagird yerlik tam orta məktəbin tikintisi uğurla başa çatdırılıb.

Liderxeber.az xəbər verir ki, müasir standartlara cavab verən təhsil müəssisəsi funksionallığı, təhlükəsizliyi və geniş tədris imkanları ilə seçilir.

Məktəbin ümumi 31 227 m² ərazisində yaradılan yeni tədris mühitində təhsilin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait təmin olunub. Məktəbdə 21 sinif otağı, 1 məktəbəqədər hazırlıq otağı, 3 laboratoriya, 2 əmək otağı fəaliyyət göstərir. Şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün 3 informatika kabineti, eləcə də çağırışaqədərki hazırlıq məqsədilə 1 hərbi hazırlıq kabineti istifadəyə verilib.

Təhsil müəssisəsində kitabxana və oxu zalı yaradılıb, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və məktəbdaxili tədbirlərin keçirilməsi üçün akt zalı istifadəyə hazır vəziyyətə gətirilib. Məktəbdə həmçinin yeməkxana və müasir idman zalı fəaliyyət göstərir. Məktəbin tikintisi çərçivəsində sosial-inzibati və mühəndis-kommunikasiya infrastrukturu tam şəkildə qurulub, ətraf ərazi abadlaşdırılıb.

Qalaqayın kənd tam orta məktəbinin istifadəyə verilməsi bölgədə şagirdlər üçün müasir, rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.