Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salınıb

30 yan 2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salınıb

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

Liderxeber.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə beş ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə altı ailə - 24 nəfər, Təzəbinə kəndinə səkkiz ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə on ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.

Bununla da ümumilikdə Xanyurdu kəndində 129 ailə (455 nəfər), Təzəbinə kəndinə isə 147 ailə (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailə, (2718 nəfər) daimi qayıdışı təmin edilib.