Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu

29 yan 2026, 16:54
Bakı-Tbilisi-Qars dəmir yolunun təhvil-təslim aktının imzalanması müzakirə olundu

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bu gün Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamara İoseliani ilə görüşüb.

Liderxeber.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Gürcüstan və Azərbaycan arasında Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti təhvil-təslimi üzrə yekun aktın imzalanması və bu xətlə yükdaşımaların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.