Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü

29 yan 2026, 12:50
Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görülüb.

Liderxeber.az xəbər verir ki,,Biznes Mərkəzinin təşkil etdiyi “İlin qala gecəsi”ndə mükafat rəsmi şəkildə Vüqar Oruca təqdim olunub. Tədbirdə iqtisadiyyat, biznes və maliyyə sahəsində tanınmış nümayəndələr, ekspertlər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, Vüqar Oruc uzun illərdir iqtisadiyyat və qiymətləndirmə sahəsində fəaliyyət göstərir. O, daşınmaz əmlakın qiymətləndirilməsi, investisiya mühiti, bazar təhlilləri və iqtisadi proseslərin şərhi üzrə ixtisaslaşmış mütəxəssisdir. Vüqar Oruc eyni zamanda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti kimi sektorda peşəkar standartların formalaşdırılması, qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görür.

Onun rəhbərliyi dövründə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq əlaqələrin genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimai maarifləndirmə sahəsində fəal mövqe nümayiş etdirib. Vüqar Oruc mütəmadi olaraq mediada iqtisadi proseslərlə bağlı ekspert rəyləri ilə çıxış edir, aktual mövzulara dair analitik mövqeyi ilə tanınır.