Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Yasamaldakı həmin qara paltarlı qadın tutuldu - Video

29 yan 2026, 12:15
Yasamaldakı həmin qara paltarlı qadın tutuldu - Video

Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.

Liderxeber.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlaklarının təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Yasamalda qara geyimli qadının üzünü gizlədərək evlərə girməsi və oğurluq etməsinə dair məlumatlar yayılmışdı.