Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“Ermənistandakı Aİ missiyasına yeni funksiyalar verilə bilər”

28 yan 2026, 17:04
“Ermənistandakı Aİ missiyasına yeni funksiyalar verilə bilər”

“Avropa İttifaqının Ermənistandakı missiyasına sərhədlərin idarə edilməsi ilə bağlı bəzi funksiyalar verilə bilər”.

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib. 

“Anlayırıq ki, zaman keçib və indi aramızda sülh var, bu missiyanın bizə dəstək göstərməyə necə davam edə biləcəyi barədə düşünməliyik. Bəlkə də sərhəd idarəetməsində bəzi funksiyalar verə bilərik, bəlkə də başqa nələrsə”, - nazir deyib.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib.