Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib

28 yan 2026, 16:32
2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib

2025-ci ildə sahibkarlığın təşviqi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ biznes təşəbbüslərinin dəstəklənməsi, maliyyə resurslarına çıxış və alternativ maliyyələşmə və s. istiqamətlərdə bir sıra layihə və proqramlar həyata keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, KOBİA tərəfdaş qurumlarla birgə reallaşdırdığı "Qarabağ KOB-ları", "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar", "Bizdən biznesə" startap müsabiqəsi, "Gənclərin biznes emalatxanası", "Biznes Akademiyası", "İnvestisiya səyahəti", "Regional tərəfdaşların inkişafı" və s. layihələrdən ümumilikdə 300-ə yaxın sahibkar, biznesə başlamaq istəyən şəxs və startap faydalanıb.

Layihələr Bakı şəhərini və ölkə regionlarını əhatə edib. Bu layihələr çərçivəsində iştirakçıların biznes biliklərinin artırılması üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumları ilə görüşlər, master-klaslar təşkil olunub, sahibkarlara müxtəlif avadanlıqlar verilib, startap layihələri maliyyələşdirilib.

Sahibkarlar və digər maraqlı tərəflər KOBİA-nın tərəfdaş qurumlarla birgə 2026-cı ildə həyata keçirəcəyi müxtəlif layihə və proqramlar barədə Agentliyin www.smb.gov.az internet səhifəsini və sosial media hesablarını izləməklə məlumat əldə edə bilərlər.