Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb - təfərrüat

27 yan 2026, 16:38
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb - təfərrüat

Tanınmış həkimin ölümünün təfərrüatı məlum olub.

Liderxeber.az-ın məlumatına görə, yanvarın 26-da Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məhyəddin Aydəmirov 53 saylı xətt avtobusunda olarkən qəfil halı pisləşərək ölüb. İlkin ehtimala görə, M.Aydəmirov infarkt keçirib və hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, M.Aydəmirov 40 il Sumqayıt səhiyyəsində çalışıb. O, uşaq cərrahı kimi fəaliyyət göstərib.

1957-ci ildə Quba rayonunda anadan olan M.Aydəmirov 1974-1980-ci illərdə Rusiyanın Saratov Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Tambov vilayətində uşaq xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.

1981-1984-cü illərdə isə həmin vilayətin Miçurinsk şəhərində Bryuxinin adına Şəhər Xəstəxanasında çalışıb.

1984-1993-cü illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib.

1993-2023-cü illərdə isə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb.

2023-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxan M.Aydəmirov Bakıda özəl klinikalardan birində uşaq cərrahı kimi fəaliyyət göstərirmiş.

"Unikal"ın məlumatına görə, M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.