Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq

27 yan 2026, 12:28
Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq

Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Agentlik səhiyyə xidmətlərinin əhatəliliyini genişləndirmək, xüsusilə həssas əhali qruplarının tibbi təminatını gücləndirmək istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu çərçivədə, uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsinin əlçatanlığının artırılması prioritetlərdən biridir: “Keçən ilin sonundan etibarən bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu yaradılıb. Bu il pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta təminatına alınması ilə bağlı hazırlıq işləri davam edir.

Hazırlıq işləri Xidmətlər Zərfinə daxil ediləcək xidmətlərin, əhatə olunacaq yaş qruplarının və diaqnostikadan müalicəyə qədər təmin ediləcək mərhələlərin müəyyənləşdirilməsini əhatə edir. Bu, geniş və kompleks bir prosesdir.

Planlaşdırılır ki, 2027-ci ildən pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta hesabına kompleks tətbiqinə başlanılsın. Bu mərhələ bitdikdən sonra isə digər yaş qrupundakı onkoloji xəstələr üçün tibbi xidmətlərin təminatına keçid ediləcək. Nəticədə yaxın illərdə onkologiya sahəsinin geniş şəkildə icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır”.