Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Birgə oğurladıqları əşyaları bölə bilmədilər - İkisi də həbs edildi

26 yan 2026, 16:11
Birgə oğurladıqları əşyaları bölə bilmədilər - İkisi də həbs edildi

Xəzər rayonunda maraqlı oğurluq hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, rayon sakini 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7 000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.

Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib.

Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma aparılır.