Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Tovuzda küçədə yaşayan ana və oğlu ilə bağlı - Rəsmi açıqlama

23 yan 2026, 17:51
Tovuzda küçədə yaşayan ana və oğlu ilə bağlı - Rəsmi açıqlama

“Tovuz şəhərinin küçələrində uzun illərdir ki, bir ana və oğlu evsiz-eşiksiz, ac-susuz yaşayır”​. 

Liderxeber.az xəbər verir ki, bu iddia ilə şəhər sakinləri “Səs” qəzetinə müraciət ediblər. 

Müraciətdə bildirilib ki, Aybəniz adlı qadın və 11 yaşlı oğlu Ömər evsizdir, heç yerdən köməkləri yoxdur:

“Hər gün küçələrdə, binaların bloklarında, vağzalda yatırlar, çox vaxt ac qalırlar. Hərdən kimsə 1-2 manat yardım edir və ya nəsə yeməyə bir şey alırlar. Uşaq çox ağıllıdır və istedadlıdır, amma məktəbə də gedə bilmir. Anasının psixi problemi var. Əgər bir sığınacaq verilməsə, çox güman ki bu qışı çıxara bilməyəcəklər, soyuqdan və aclıqdan öləcəklər. Fotoda gördüyünüz kimi, gecəni şəhərin mərkəzi meydanında skamyada yatmaqla keçiriblər”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza belə cavab verildi:

“Tovuz rayonunda çətin həyat şəraiti ilə qarşılaşan vətəndaş və övladı ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Sözügedən şəxslərin Aybəniz Arif qızı Qasımova və 12 yaşlı övladı Ömər olduğu müəyyən edilib. Onların mövcud vəziyyətləri qiymətləndirilib. Hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparır. Aybəniz Qasımovanın psixoloji vəziyyəti nəzərə alınaraq onun Qazax Rayon Psixiatriya Xəstəxanasına, 12 yaşlı övladının isə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilməsi ilə bağlı fəaliyyət həyata keçirilir. Uşağın müayinə və vəziyyətinin qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”.