Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

“Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem yoxdur”

23 yan 2026, 17:18
“Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem yoxdur”

“Azərbaycandan Ermənistana idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb”.

Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu bu ölkənin Bazarlara nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan deyib.

Onun sözlərinə görə, ölkəyə gətirilən yanacaqdan götürülən nümunələr Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində təhlil edilib: “Nəticələr göstərib ki, həmin benzinin keyfiyyəti Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə uyğundur”.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu zaman 1,2 min ton neft məhsulları Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərilib.

Yanvarın əvvəlində isə Azərbaycandan Ermənistana neft məhsullarının yeni partiyası – 6,1 min ton benzin və 1,5 min ton dizel yanacağı ixrac edilib.