Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlandı

23 yan 2026, 12:49
Təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlandı

2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu 31 yanvar 2026-cı il tarixində saat 23:59-da başa çatacaq. Müraciət etmək istəyən şəxslərə prosesi qeyd olunan tarix və vaxta qədər tamamlaması tövsiyə olunur.

Bu barədə Liderxeber.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.  

Bildirilib ki, 2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə 1 fevral 2026-cı il tarixi saat 00:00-dan başlayacaq.

Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatları yerinə yetirməlidirlər:

1. İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş (notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat” tətbiqi vasitəsilə) razılıq ərizənin alınması. (təkrar müraciət üçün tələb olunmur)

2. Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxil olub və müraciətin göndərilməsi. (təkrar müraciətdə əvvəlki razılıq ərizəsinin nömrəsi istifadə olunur)

Müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.

Qeyd: Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər. Qeydiyyat linki: www.e-ttkf.edu.az