Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

AZAL “Accelya” ilə əməkdaşlığa başladı

22 yan 2026, 16:59
AZAL “Accelya” ilə əməkdaşlığa başladı

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) beynəlxalq İT şirkəti “Accelya” ilə NDC (“New Distribution Capability”) standartına əsaslanan “FLX Select” həllinin tətbiqinə dair müqavilə imzalayıb.

Liderxeber.az xəbər verir ki, bu razılaşma AZAL-ın pərakəndə satış modelinin modernləşdirilməsində mühüm mərhələ olmaqla, tariflərin və xidmətlərin formalaşdırılması, paylanması və satışı proseslərinin, xüsusilə dolayı satış kanalları, yəni turizm agentlikləri və onlayn platformalar üzərindən transformasiyasına yönəlib.

“FLX Select” həllinin tətbiqi AZAL-a tarifləri və əlavə xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə, həmçinin əvvəlki distribusiya modellərinin texniki məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək. Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf, turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.

“FLX Select” eyni zamanda qlobal turizm satıcıları və aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə şərait yaradır.

“FLX Select” həlli “Accelya” şirkətinin “FLX ONE” platformasının tərkib hissəsidir və “Amazon Web Services” (AWS) bulud infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil analitik şirkət T2RL-in məlumatına əsasən, “Accelya”nın həlləri dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən 50%-ində istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı mövqeyini təsdiqləyir.