Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Neftçalada 20 Yanvar şəhidlərinin 36-cı il dönümü qeyd olunub

20 yan 2026, 13:38
Neftçalada 20 Yanvar şəhidlərinin 36-cı il dönümü qeyd olunub

Xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub, önünə tər qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub. 
 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zamanı şəhid olan hərbi qulluqçuların və şəhid olan mülki vətəndaşların məzarları ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
 
Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, çətinlikləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.
 
Saat 12:00-da isə 20 Yanvar şəhidlərinin əziz xatirəsi ölkə üzrə olduğu kimi Neftçala rayonunda da 1 dəqiqəlik sükutla yad edilib.
1
1
1
1
1
1
1