Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Metro həmin gün gecə 1-ə qədər işləyəcək

19 yan 2026, 17:04
Metro həmin gün gecə 1-ə qədər işləyəcək

“Bakı Metropoliteni”​ QSC yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.

Liderxeber.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə azarkeş marağı nəzərə alınmaqla, bütün stansiyalar yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək.

Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.