Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bazarlarda İran məhsulları bahalaşır

19 yan 2026, 12:06
Bazarlarda İran məhsulları bahalaşır

Azərbaycan bazarlarında İran məhsullarının qiyməti artıb. 

Liderxeber.az xəbər verir ki, bununla bağlı İTV süjet hazırlayıb.

Satıcıların sözlərinə görə, son iki həftədə İrandan Azərbaycana gətirilən məhsulların həcmində nisbətən azalma var. Bundan başqa, qonşu ölkədə internetin kəsilməsi də ticarət əlaqələrinə təsir edir. 

İrandan Azərbaycana əsasən, yağ, düyü, xurma, meyvə qurusu və çərəzlər gətirilir. Hazırda isə bu məhsulların qiyməti artıb.

Əslində İranda milli valyutanın ucuzlaşması bu ölkə məhsullarının qiymətini azaltmalı idi. İranda sürətli bahalaşma olarsa, bu, Azərbaycandakı qiymətlərə necə təsir edəcək?

Uzun müddətdir Bakıda İran məhsullarının satışı ilə məşğul olan əslən təbrizli Cavadət Tarnusrəti deyib ki, bunun səbəbi məhsulların ölkəyə gətirilməsində yaranan problemlərdir:

“Qiymətlər bir xəbərə bağlıdır. Elə ki, bir xəbər çıxır qiymətlər burada qalxır. Ən azı 7-8 faiz qiymətlərdə artım olur. Məsələn, bir neçə gün öncə 16 manata olan kərə yağı indi 18 manatdır”.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, proseslər fonunda sürətli bahalaşma başlayarsa, İrandan gətirilən məhsulların qiymətinin artması qaçılmaz olacaq:

“İran bazarı itiriləcəksə, bu zaman ilkin mərhələdə müəyyən qıtlıq yaranacaq, nəticədə qiymətlər artacaq. Qiymətlərin qalxması digər daha baha qiymətli bazarlardan idxal üçün imkanlar formalaşdırır”.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 568 mln. dollar olub. Bu, daha öncəki illə müqayisədə 2, 7 faiz azdır. 

İqtisadçılar bu azalmanı yay aylarında baş verən İsrail-İran müharibəsi və ABŞ-İran gərginliyi ilə əlaqələndirirlər.