Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Türk Ticarət Mərkəzi və "Türk Obası"na media tur təşkil olunub

19 yan 2026, 11:19
Türk Ticarət Mərkəzi və "Türk Obası"na media tur təşkil olunub

Dünən Azərbaycan mətbuatının nüfuzlu nümayəndələri üçün Türk Ticarət Mərkəzi və "Türk Obası"nda media tur təşkil edilib. Tədbir səhər yeməyi ilə başlayıb.

Liderxeber.az xəbər verir ki, mərasiminin təşkilatçısı olan Dilbər Coşqunsoy "Okuklu Holding"in rəhbəri Yılmaz Okuklunu media nümayəndələrinə təqdim edib.

Yılmaz Okuklu şəxsən qonaqları qarşılayaraq onları salamlayıb. O, çıxışında "Okuklu Holding"in fəaliyyət istiqamətləri, Türk Ticarət Mərkəzinin yaradılma məqsədi və əsas hədəfləri, eləcə də "Türk Obası" layihəsi haqqında ətraflı məlumat verib.

Yılmaz Okuklu süfrədə təqdim olunan tam orqanik və yerli məhsullara xüsusi diqqət çəkərək yerli istehsalın təşviqinin, milli məhsullara önəm verilməsinin vacibliyini vurğulayıb. 

O bildirib ki, bu yanaşma həm iqtisadi inkişafın sürətləndirilməsi, həm də sağlam cəmiyyətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir əsnasında türkiyəli yazar, eyni zamanda "Türk Obası"nın sözçüsü Birsen Bayar da qonaqları salamlayıb. O, həyata keçirilən layihələr, "Türk Obası"nın ideoloji, mədəni və tarixi missiyası barədə geniş məlumat verib.

Tədbirin davamında media nümayəndələri Türk Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Türkiyəyə məxsus ofisləri ziyarət ediblər. Burada planlaşdırılan fəaliyyətlər, gözlənilən müqavilələr, qarşıya qoyulan məqsədlər və Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat təqdim olunub. Görüş zamanı Türk mədəni irsinin qorunması və yaşadılması məsələləri də xüsusi diqqət mərkəzində saxlanılıb.

Daha sonra media nümayəndələri Türkiyənin qədim idman növlərindən olan oxçuluq meydanını ziyarət ediblər. Daha sonra "Türk Obası"na keçid edilib və "Türk Otağı"nda yerləşən altı çadırdan ibarət "Türk Obası" haqqında geniş təqdimat keçirilib.

Obalardan birində təşkil olunan görüş zamanı media nümayəndələrinin sualları Yılmaz Okuklu tərəfindən cavablandırılıb. O, çadırlarda nümayiş etdirilən eksponatların tarixi və simvolik mənaları barədə məlumat verərək, bu cür layihələrin Türk mədəniyyəti, adət-ənənələri və milli irsin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxışı zamanı Yılmaz Okuklu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məşhur fikrinə də istinad edib:

“Mənim bir ailəm var. O da Türk dünyasıdır”.

O qeyd edib ki, bu ifadə Türk dünyasının birliyi və ortaq gələcəyi üçün əsas yol xəritəsidir və qarşıya qoyulan hədəflərə doğru birlikdə irəliləmək əzmində olduqlarına dərin inamını ifadə edib.

Media turun sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.