Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?

16 yan 2026, 17:20
Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?

Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.

Liderxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Qeyd edək ki, bu il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.