Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“Bank Respublika” 2025-ci ili rekord göstəricilərlə başa vurub

15 yan 2026, 16:37
“Bank Respublika” 2025-ci ili rekord göstəricilərlə başa vurub

2025-ci ilin yekunlarına əsasən “Bank Respublika” əsas maliyyə göstəriciləri üzrə rekord nəticələr əldə edərək özünün dayanıqlı inkişaf modelini və yüksək etibarlılıq səviyyəsini bir daha təsdiqləyib.

Hesabat dövründə bank ötən illə müqayisədə əsas maliyyə istiqamətləri üzrə artım təmin edərək Azərbaycanın bank xidmətləri bazarındakı mövqelərini daha da möhkəmləndirib:

2025-ci il üzrə əsas maliyyə göstəriciləri:

- Aktivlər 25,2% artaraq 2,73 mlrd manat təşkil edib;
- Məcmu kapital 20% artaraq 266,67 mln manat olub;
- Kredit portfeli 12,4% artaraq 1,65 mlrd manat təşkil edib;
- Xalis faiz gəlirləri 19,4% artaraq 169,73 mln manat olub;
- Xalis əməliyyat mənfəəti 20,3% artaraq 82,29 mln manat səviyyəsinə çatıb;
- Xalis mənfəət 19,8% artaraq 60,6 mln manat təşkil edib.
- Depozit portfeli 1,36 mlrd manata çatmışdır, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Maliyyə dayanıqlılığı göstəriciləri:

- Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,14% (norma — 6,5%);
- Ümumi kapitalın adekvatlıq əmsalı — 14,6% (norma — 12,5%);
- Leverec əmsalı — 6,71% (norma — 5%).
- Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,90% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.

2025-ci ildə “Bank Respublika”, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, “Avropa Yenidənqurma və İnkişaf Bankı” (EBRD) və “Qara Dəniz Ticarət və İnkişaf Bankı” (BSTDB)) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.

“2025-ci il “Bank Respublika” üçün ardıcıl inkişaf, strateji qərarlar və institusional möhkəmlənmə ili oldu. İl ərzində atılan addımlar bankın dayanıqlı inkişaf modelinə sadiqliyini, müasir maliyyə həllərinə və müştəriyönümlü yanaşmaya verdiyi önəmi bir daha təsdiqlədi. Əldə olunan nəticələr ölkənin davamlı və hərtərəfli inkişafı üçün dövlət tərəfindən formalaşdırılmış əlverişli şərait, eləcə də bankın peşəkar komandası və müştərilərimizin və tərəfdaşlarımızın etimadı sayəsində mümkün olub. Gələcəkdə “Bank Respublika” innovativ həllərin tətbiqi və müştərilərə yüksək keyfiyyətli xidmətin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirərək maliyyə sektorunda lider mövqelərini daha da möhkəmləndirəcək”, - deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumat üçün: 

Veb sayt: www.bankrespublika.az 

Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram

Çağrı Mərkəzi: 144