Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Yaxşı oğlan olmaq, yetərli deyil!

15 yan 2026, 16:03
Yaxşı oğlan olmaq, yetərli deyil!

Biz illərlə iki səhv kriteriyadan birinə düşmüşük:  “Adam halaldır, qoy işləsin”,  “İşi bilir, qalanı boş şeydir”

Liderxeber.az xəbər verir ki, rusların məşhur bir ifadəsi var: “хороший парень (человек) - это не профессия.”

Bu fikir bu gün bir çox bazarlarda, o cümlədən Azərbaycan biznes mühitində çox aktualdır. Bir tərəfdə texniki bacarığı yüksək, lakin etibarlılığı zəif olan mütəxəssislər var, digər tərəfdə isə dəyərləri güclü, amma nəticə yaratmaqda çətinlik çəkən insanlar. Bu vəziyyətdə işə götürənlər tez-tez dəyərlər və performans arasında seçim etmək məcburiyyətində qalırlar. Yəqin ki, siz də bu cür fikirlərə dalmısınız 

Gəlin problemi düzgün çərçivələndirək. Yalnız “yaxşı insan olmaq” iş üçün kifayət deyil. Eyni zamanda, təkcə bacarıq da davamlı uğur gətirmir. Effektiv biznes etik davranış və peşəkarlığın balansı üzərində qurulur. Şəxsi xüsusiyyətləri deyil, davranışı ölçün. Vaxt idarəçiliyi, məsuliyyət və nəticə əsas göstəricilərdir. Sınaq müddətini effektiv edin.

Konkret tapşırıqlar, aydın gözləntilər və ölçülə bilən nəticələr müəyyənləşdirin. Dürüst, lakin zəif performans göstərən əməkdaşlar üçün inkişaf planı yaradın. Lakin, inkişaf yoxdursa, peşəkar şəkildə yolları ayırın.

Biznesdə ən böyük səhvlərdən biri “ulduz” mütəxəssislərə kor-koranə güvənməkdir. Yüksək nəticə göstərən tək-tük şəxslər qısa müddətdə dəyər yarada bilər, lakin sistemsiz mühitdə bu dəyər davamlı olmur.

Təcrübə göstərir ki, proseslər və yazılı qaydalar olmayan təşkilatlarda risklər artır.

“Ulduz” əməkdaşın yarı yoldan getməsi, rəhbərliyə qarşı sədaqətsizlik, daxili manipulyasiya və informasiya sızmaları, maddi və ya reputasiya itkisinə səbəb olan daxili oğurluq halları və s. 

P.S Bir sözlə, bu risklər şəxslə deyil, sistemin yoxluğu ilə bağlıdır. Odur ki, sistemli iş qurun!

Marketinq və korporativ satış mütəxəssisi Abbasəli Hüseynov