Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

“Pensiyalarda artım bu il də davam edəcək” - Yenilənib

15 yan 2026, 13:09
“Pensiyalarda artım bu il də davam edəcək” - Yenilənib

“Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfi reallaşdırılıb”.

Liderxeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 3 milyon vətəndaşı əhatə edən və illik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrıldığı bu islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib: “Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb. Ötən il fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb”.

Z.Mirzəyev həmçinin sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə edilən artımları, dövlət başçısının Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik maddi yardım ödənildiyini diqqətə çatdırıb: “2025-ci ildə Fondun xərclərinin əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat artaraq 7,5 milyard manat təşkil etdiyi qeyd olunub. Orta aylıq pensiya ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 578 manata çatıb. Pensiyalarda artım dinamikası bu il də davam edəcək”.

***

Zəka Mirzəyev bu il gözlənilən pensiya artımı ilə bağlı məsələyə də aydınlıq gətirib: “Əmək pensiyalarında artım əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə həyata keçirilir. Bu, Dövlət Statistika Komitəsinin elan etdiyi əvvəlki ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun şəkildə olur. Bununla bağlı hələ rəsmi açıqlama yoxdur, yəqin ki, bu, yaxın vaxtda olacaq. Gözləntimiz odur ki, əmək pensiyalarında artım 9 faiz ətrafında qeydə alınacaq”.