Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Azərbaycanda ilk - “Jobix” istifadəyə verildi - Fotolar

15 yan 2026, 12:11
Azərbaycanda ilk - “Jobix” istifadəyə verildi - Fotolar

Azərbaycanda yeni xidmət və peşəkar axtarış platforması “Jobix” istifadəyə verilib.

Layihə rəhbəri Aynurə Azayevanın Liderxeber.az-a verdiyi məlumata görə, “Jobix” xidmət və xidmət axtarışında olanları bir arada toplamağı hədəfləyən peşəkar platformadır.

“Jobix” iş axtarışında olan peşəkar mütəxəssislər, işçi axtaran şirkətlər və xidmət axtaran, müxtəlif sahələrdə xidmətlərini təqdim etmək istəyən şəxsləri bir-biri ilə əlaqələndirən çevik və modern onlayn platformadır.

Platformanın əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların daha geniş auditoriyaya çıxışını təmin etmək, mütəxəssislərin və xidmət təqdim edənlərin ehtiyaclarına uyğun ən doğru xidməti, qısa zamanda tapmağa şərait yaratmaqdır.

“Jobix”də həm fərdi mütəxəssislər, həm də şirkətlər öz xidmətlərini təqdim edə və göstərdikləri xidmət sahələrinə aid portfoliolarını nümayiş etdirə bilirlər. “Jobix” platformasında təmirdən mühasibatlığa, dizayn xidmətlərindən hüquqi konsultasiyalara, gözəllik xidmətlərindən texniki ustalara qədər geniş sahələr əhatə olunub. Pərdə tikən usta da, santexnik də, korporativ xidmət göstərən şirkət də, hər kəs bu platformada öz hədəf auditoriyası ilə birbaşa əlaqə yarada biləcək. Məqsəd Azərbaycanın əmək bazarında iş və xidmət axtaranların işini asanlaşdırmaqdır”, - o vurğulayıb.

İlk 3 ay ərzində platformanın mütəxəssislər üçün qeydiyyat  və xidmət təqdimatı tamamilə pulsuzdur. Daha sonra isə xidmətlərin davamlılığı və reklam görünürlüyünün artırılması üçün uyğun və əlçatan abonent paketləri təklif olunacaq.

“Jobix”in məqsədi xidmət bazarını daha sistemli, şəffaf və əlçatan etmək, həm də real işgüzar əlaqələrin səmərəli şəkildə qurulmasını dəstəkləməkdir. 

“Jobix” – xidmətləri əlçatan edir.

Asanlıqla axtar, seç və xidmət al.

“Jobix” xidmətini paylaş, işini asanlaşdır!

Jobix”i aşağıdakı linklərə daxil olaraq yükləyə və istifadə edə bilərsiniz:

Sayt: www.jobix.az

Sosial şəbəkələr: “İnstagram”, “Facebook”, “TikTok

Yükləmə linkləri: Android”, “İOS”