Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Alimlər "piylənmə yaddaşı" haqqında məşhur mifə son qoyublar

13 yan 2026, 10:35
Alimlər "piylənmə yaddaşı" haqqında məşhur mifə son qoyublar

Danimarkalı alimlər aşkar ediblər ki, yağ toxuması arıqlamadan sonra sağlam vəziyyətini bərpa etməyə qadirdir və "piylənmə yaddaşı" əvvəllər düşünülən qədər uzun müddət və sərt formada qalmır.

Liderxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Metabolism" jurnalında dərc olunub.

Məlumata görə, piylənmə tez-tez xroniki iltihab və yağ toxumasının disfunksiyası ilə müşayiət olunur ki, bu da ikinci tip diabet və ürək-damar xəstəlikləri riskini artırır. Arıqlama bu riskləri azaltsa da, çəki itkisindən sonra yağ toxumasının normal vəziyyətə qayıdıb-qayıtmadığı sualı açıq qalmışdı.

Bu suala cavab tapmaq üçün tədqiqatçılar ağır piylənmədən əziyyət çəkən xəstələrin yağ toxumasını üç mərhələdə təhlil ediblər: müalicədən əvvəl, orta hesabla 5-10% çəki itkisindən sonra və mədə "baypass" əməliyyatından iki il sonra (20-45% çəki itkisi).

Əməliyyatdan iki il sonra alimlər aşkar ediblər ki, yağ toxumasında immun hüceyrələrinin sayı normal çəkidə olan insanlara xas səviyyəyə qədər azalıb. Eyni zamanda iltihab səviyyəsi aşağı düşüb və diabet riskinin qarşısını almaq üçün vacib amil olan insulinə həssaslıq normallaşıb. Qan damar hüceyrələrinin sayı artıb, toxumanın oksigen və qida maddələri ilə təminatı yaxşılaşıb və bütün hüceyrə növlərində gen aktivliyi "sağlam" profilə yaxınlaşıb.

Orta dərəcədə çəki itkisi yağ toxumasında iltihabı tamamilə aradan qaldırmasa da, tədqiqatçılar daha sağlam yağ hüceyrələrinin sələflərinin sayının artdığını müşahidə ediblər. Bu, bədən çəkisinin hətta 5%-nin itirilməsinin bütün bədəndə insulinə həssaslığı artırmasını izah edə bilər.