Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“Bir çox yerlərdə məcburi köçürmələr olacaq” - Zaur Mikayılov

12 yan 2026, 16:10
“Bir çox yerlərdə məcburi köçürmələr olacaq” - Zaur Mikayılov

“Su təsərrüfatı sistemlərində mühafizə zonalarının təhlükəsizliyinin gücləndirilməsi və istismarın təkmilləşdirilməsi çox vacibdir. Bir az əvvəl qeyd etdiyimiz kimi, bir çox yerlərdə mühafizə zonalarında tikilmiş binaların, evlərin həm bizim sistemlərə, həm də o evlərin təhlükəsizliyinə çox böyük təsiri var”.

Liderxeber.az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

“Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq.

Su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması ilə əlaqədar Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla bəzi qaydalar artıq qüvvəyə minir. Bununla əlaqədar biz bəzi işləri də bu ayın sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik və bu da bizim işimizin daha da inkişaf etməsinə yol açacaq”, - Z.Mikayılov əlavə edib.