Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

ADY bu istiqamətdə sərnişindaşımaya başladı - Fotolar

12 yan 2026, 14:11
ADY bu istiqamətdə sərnişindaşımaya başladı - Fotolar

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 12 yanvar tarixindən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb.

Liderxeber.az xəbər verir ki, qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edir. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqədir.

Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə bilərlər. Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verir. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək olar.

Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında nəqliyyat əlçatanlığının artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyat imkanlarının, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.