Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Ölkəmizin hərbi qüdrəti regional sabitlik və təhlükəsizlik fonunda güclənir - RƏY

08 yan 2026, 10:14
Ölkəmizin hərbi qüdrəti regional sabitlik və təhlükəsizlik fonunda güclənir - RƏY

Müasir Azərbaycan ordusunun strateji inkişafı və davamlı təkmilləşməsi, həm də ölkəmizin regionda dayanıqlı sülhün təminatçısı olmasına xidmət edir.  

Bu gün Azərbaycanın müasir hərbi imkanları, Ordunun yüksək döyüş hazırlığı, texnoloji təchizat və strateji planlaşdırma baxımından dünyada fərqlənən ölkələr sırasındadır.

Son illər ordumuz mühüm keyfiyyət dəyişiklikləri ilə fərqlənir. Həyata keçirilən islahatlar, o cümlədən müdafiə sənayesi müəssisələrinin modernləşdirilməsi və ən müasir hərbi texnikaların alınması Müzəffər Azərbaycan Ordusunun döyüş qabiliyyətini xeyli artırıb. Dövlət başçısı bir çox müsahibə və çıxışlarında olduğu kimi, cari ilin 6 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində də bu məqama xüsusi diqqət çəkərək, beynəlxalq hüququn zəif işlədiyi dünyamızda bu vəziyyətin dövlətlərdən öz təhlükəsizliklərini etibarlı şəkildə təmin etmələrini tələb edir.  

Müsahibəsində son beş il ərzində Azərbaycan Ordusunun gücləndirilməsi sahəsində atılan qətiyyətli addımlara toxunan Dövlət başçısı bu gün də ordu quruculuğu ilə fəal şəkildə məşğul olduğumuzu, qazandığımız uğurlardan arxayınlaşmadığımızı xüsusi vurğulamışdır. Bu gün Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi islahatlar yalnız texniki təchizatla məhdudlaşmır. Hərbi personalın peşəkarlığının artırılması, taktiki hazırlıq səviyyəsinin yüksəldilməsi, gənc zabitlərin yetişdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanın müdafiə strategiyasının əsas sütunlarını təşkil edir. 

Bu yanaşma ölkəmizin hərbi qüdrətini regional sabitlik və təhlükəsizlik fonunda gücləndirir. Ölkə başçısı müsahibəsində ordunun güclənməsini yalnız hərbi sahə üçün deyil, həm də Azərbaycanın suverenliyinin, dövlət təhlükəsizliyinin və regional liderliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyinə qiqqət çəkdi.

Müasir Azərbaycan ordusunun strateji inkişafı və davamlı təkmilləşməsi, həm də ölkəmizin regionda dayanıqlı sülhün təminatçısı olmasına xidmət edir. Cənab Prezident müsahibəsində müasir ordu quruculuğu işini davamlı həyata  keçirəcəyimizə diqqət çəkərək, bunun müasir dünyada baş verən proseslər fonunda  Azərbaycanın milli təhlükəsizlik məsələsi olduğunu bəyan etdi.

Yusif Abdullayev;
Neftçala rayonu