Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək

02 yan 2026, 11:32
Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir.

Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy, Tərtərdə 23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan, Şabranda 20 m/s, Daşkəsən, Mingəçevir, Gəncə, Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənir.

Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin tədricən mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.