Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri

“16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”

04 iyn 2024, 13:35
“16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”

“Ölkə üzrə 16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”​.

Liderxeber.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib. 

O bildirib ki, proses ilin sonunadək baş tutacaq: “Hazırda bununla bağlı iş gedir. Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə birgə bu proses davam edir. 16 martdan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçirilib”. 

Onun sözlərinə görə, ilin sonunadək nəticələrin olması gözlənilir.  2025-ci ilin sonunadək ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının DVB-T2 yə keçməsi nəzərdə tutulur.