Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri

Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçildi

20 may 2024, 12:50
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçildi

Azərbaycanlı fotoqraf Valeh Arifoğlu dünya üzrə nüfuzlu fotoqrafiya təşkilatı olan Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) rəsmi üzvlüyünə qəbul edilib. 

Bu barədə Valeh Arifoğlu sosial şəbəkə hesabında məlumat verib.

"Əziz dostlar, sizlə növbəti uğurumu paylaşmaq istəyirəm. Uzun müddətdir bu sahədə peşəkar olaraq fəaliyyət göstərirəm. Bu da əməyimin növbəti nəticəsi - artıq Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) rəsmi üzvüyəm. Foto sənətində böyük zirvələrdən birini fəth etdim", deyə fotoqraf paylaşımında qeyd edib. 

Qeyd edək ki, Valeh Arifoğlu 2012-ci ildən fotoqraf kimi fəaliyyət göstərir. O, hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan Aqroservis ASC-nin əməkdaşıdır.

Beynəlxalq Foto Sənəti Federasiyası isə 1946-cı ildə yaranıb və dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Yüzdən artıq ölkənin foto təşkilatlarını bir yerə toplayan FIAP, hazırda dünyanın ən böyük və nüfuzlu foto təşkilatı hesab olunur. Bu qurumun üzvlüyünə qəbul edilmiş federasiya və klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür.