Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri

Google-un MDB-də Android tərəfdaşlığının rəhbəri: Azərbaycan yaşayış səviyyəsinə görə Mərkəzi Asiya ölkələri arasında seçilir

16 may 2024, 10:38
Google-un MDB-də Android tərəfdaşlığının rəhbəri: Azərbaycan yaşayış səviyyəsinə görə Mərkəzi Asiya ölkələri arasında seçilir

Azərbaycan yaşayış səviyyəsinə görə Mərkəzi Asiya ölkələri arasında seçilir və bu regionda ən dinamik inkişaf edən rəqəmsal bazara malikdir.

LiderXəbər.az xəbər verir ki, bunu “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda keçirilən sayca ikinci “GSMA M360 Eurasia” konfransında Google-un MDB ölkələri üzrə Android tərəfdaşlığının rəhbəri Polina Çernikova deyib. O, Azərbaycan istehlakçılarının innovasiyalara və rəqəmsal məhsullara böyük maraq göstərdiyini vurğulayıb.

P. Çernikova həmçinin GSM Assosiasiyasının təşkil etdiyi M360 konfransının keçirilmə yeri kimi Azərbaycanın seçilməsinin əhəmiyyətini qeyd edərək, rəqəmsallaşmada telekommunikasiya operatorları ilə uğurlu qarşılıqlı əlaqənin olduğunu vurğulayıb. “Keçən il Bakıda keçirilən konfrans məndə çox xoş təəssüratlar yaratdı. Tədbirdən dərhal sonra təşkilatçılarla əlaqə saxladım və gələn il konfransda iştirakda maraqlı olduğumu bildirdim”, - deyə xanım Çernikova əlavə edib.

Qeyd edək ki, bu il Google-un nümayəndəsi generativ süni intellektin roluna həsr olunmuş panel sessiyasında iştirak edib.

Polina Çernikova öz çıxışında süni intellektin dövrümüzün əsas tendensiyası kimi rolunu müzakirə edib və bu texnologiyaya əsaslanan, konfrans iştirakçılarının biznes inkişafına təkan verə biləcək Google məhsullarından nümunələr verib.