Son Xəbərlər
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
Prezident İlham Əliyev Tofiq Fuad oğlu Musayevin Azərbaycan Respublikasının
banner

Qərənfil çayının faydaları və ziyanları

15 may 2024, 15:08
Qərənfil çayının faydaları və ziyanları

Qərənfil çayı dünyada ən məşhur ədviyyat çayıdır. Qərənfilin vətəni Afrika və Uzaq Şərq olsa da, hal-hazırda bütün dünyada yeməklərdə, desertlərdə və kosmetika sənayesində istifadə olunur. Sağlamlıq problemlərini təbii üsullarla müalicə etmək istəyənlər bu möcüzəvi ədviyyatın çayından istifadə edə bilərlər. Bəs qərənfil çayının faydaları nələrdir? 

LiderXəbər.az xəbər verir ki, qərənfil çayı sinus infeksiyalarının sağalmasına kömək edir. Həzm üçün faydalıdır və bağırsaq sisteminin daha sürətli işləməsinə kömək edir. İltihab və qəbizlik problemlərinə yaxşı gəlir. Həmçinin, iltihab əleyhinə xüsusiyyətləri ilə yüksək hərarəti salmağa kömək edir. Həm də alternativ tibbdə tez-tez istifadə olunan bir üsuldur. Tərkibindəki antiinflamatuar komponentlər sayəsində qızdırmasalıcı xüsusiyyətlərə də malikdir. Mövcud parazitləri və göbələkləri aradan qaldırmağa kömək edir. Dərinin sağlamlığı üçün yaxşıdır və ləkələri və qırışları azaldır.

Qərənfil çayının zərərləri nələrdir? 

Hər bir təbii ədviyyat həm faydalı, həm də zərərli ola bilər. Təbii ədviyyatlı çayların allergiya təsirləri ilə yanaşı qəbul miqdarına da diqqət yetirilməlidir. Qərənfilə qarşı allergiyası olmayan insanlar tövsiyə olunan miqdarda çay qəbul etdikdə onun faydalarını görəcəklər. Ancaq çox qəbul edənlərdə sürətli kilo itkisi, tənəffüs çətinliyi, həzm problemləri və qızdırma ilə birlikdə üşümə meydana gələ bilər. Bundan başqa əzələ ağrıları qərənfil çayının həddindən artıq qəbulundan sonra yarana biləcək zərərlər arasındadır.

Qərənfil çayı necə hazırlanır?

Qərənfil çayının hazırlanması olduqca sadə və tezdir. Qərənfil çayını hazırlamaq üçün sizə lazım olan şey qərənfil toxumu və qaynar sudur. Bir stəkan qərənfil çayı üçün 3 və ya 4 toxumundan istifadə edə bilərsiniz. Qərənfil çayını hazırlamaq üçün qərənfil toxumlarını bir stəkan soyuq suya töküb qaynamasını gözləyin. Qaynama prosesinin müddəti ən azı 15 dəqiqə olmalıdır. 15 dəqiqə keçdikdən sonra isti çayınızı içə bilərsiniz.