Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri

Alçanı duzlayıb yeməyin – XƏBƏRDARLIQ

26 apr 2024, 16:27
Alçanı duzlayıb yeməyin – XƏBƏRDARLIQ

Yaşıl alça yay aylarının əvəzolunmaz meyvələrindəndir.

Mütəxəssislər alçanı duza batırıb yeyənlərə xəbərdarlıq ediblər.  

Alçanın olduqca yüksək faydaları var. Amma onu duza batırıb yemək zərərli ola bilər.

Alça qəbizliyi aradan qaldırır, immune sistemini gücləndirir, astma, bronxit xəstəliklərinə qarşı effektivdir.

Fosforla çox zəngin olan alça orqanizmin dəmiri mənimsəmə qabiliyyətini artırır və qan dövranını yaxşılaşdırır.

Dərinin tonunu bərabərləşdirməklə tanınan yaşıl alça dərini bərpa edir və ləkələri aradan qaldırmağa kömək edir.

Ümumiyyətlə, hər kəs yaşıl alçanı duzlayıb yeməyi sevir. Ancaq bu yanlışdır. Yaşıl alçanı duzlu yemək orqanizminizdə ödem əmələ gətirir.

Həddindən artıq duz istehlakı hipertoniya və böyrək sağlamlığı riski üçün zərərli olduğundan, alça ilə həddindən artıq duz istehlakından qaçınılmalıdır.

Bədən sağlamlığınız üçün alçanı duz istifadə etmədən istehlak etməyiniz məsləhətdir.