Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Göygöldə Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin yubileyi qeyd olunub

25 may 2024, 15:26
Göygöldə Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin yubileyi qeyd olunub

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin 70 illik yubleyinə həsr olunumuş Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aşıq Şəmşirin nəvəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nürəddin Babazadə, rəsmi qonaqlar və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva çıxış edərək məktəbin uğurları və nəaliyyiətləri haqqında geniş məlumat verib. Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxış edərək məktəbin  mədəniyyətə və incəsənətə verdiyi tövhələrdən danışıblar. Gəncə-Daşkəsən Regional Mədəniyyət  İdarəsinin sektor müdiri Nürəddin Babazadə çıxış edərək Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımovun təbrikini çatdırıb və məktəbə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Tədbirdə məktəbin müəllimləri, şagirdləri, məzunları və əməkdar artistlər konsert proqramı ilə çıxış ediblər. Sonda Fəxri Fərmanlar təqdim olunub və kollektivlə xatirə şəkili çəkdirilib.