Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

22 may 2024, 10:25
Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Füzuli Dövlət Dram Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu assistenti Gülgəz Soltanova, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir

Teatrdan bildirilib ki, səhnə əsərinin əsas ideyası sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.

Tamaşanın premyerası mayın 23-də teatrın səhnəsində keçiriləcək.