Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

"Cadı" Türk trillerinin Qala gecəsi keçirilib

13 may 2024, 12:10
"Cadı" Türk trillerinin Qala gecəsi keçirilib

"Dəniz Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında "Cadı" Türk trillerinin Qala gecəsi keçirilib.

LiderXəbər xəbər verir ki, film məşhur türk yazıçısı Hüseyin Rahmi Gürpınarın eyniadlı əsəri əsasında çəkilib.

Tədbirdə filmin rejissoru Erman Bostan, operator Şafak Ildız və baş rolları canlandıran məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk iştirak ediblər.

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Film haqqında qısa məlumat: Osmanlı İmperatorluğunun dağılması zamanı gənc dul qalmış Fikriyə Naşit Nefi Əfəndi ilə zorla evləndirilir. Naşit Nefi Əfəndinin malikanəsinə köçən Fikriyə tezliklə malikanədə yaşayan cadugarla bağlı şayiələri eşidir. Bu zaman Fikriyə həm Naşit Nefi Əfəndi, həm də malikanə ilə bağlı sirri aydınlaşdırmaq üçün hərəkətə keçir.

Qeyd edək ki, Furkan Andıç Azərbaycan tamaşaçısına "Kara Tahta", "Her Yerde Sen", "Meryem" seriallarından yaxşı tanışdır. Buse Meral "Bizim Hikaye", "Destan", "Baba" seriallarında, Çağdaş Onur Öztürk isə "Yuvamdaki Düşman", "Avlu", "Ömer" və digər layihələrdə rol alıb.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.