Son Xəbərlər
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab
Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının
Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların
Dünya çempionatının pley-of mərhələsinin oyunları davam edir. Liderxeber.az

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi bəlli oldu

19 iyn 2024, 14:34
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi bəlli oldu

"Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində "Hamrun" (Malta) – "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk görüşləri iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mövsümə səfərdə başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsi iyulun 9-10-da və 16-17-də baş tutacaq.

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibi püşkatma nəticəsində bəlli olacaq.

Məlumata görə, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.

Amma "Dinamo" (Minsk) - "Pünik" cütünün qalibi "Qarabağ"a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionunu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.

Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.

Səpələnməmişlər

PAOK

"Makkabi" (Tel-Əviv)

"Ferentsvaroş"

"Qarabağ"

"Slovan" – "Struqa" cütünün qalibi

"Bodo Qlimt"

"Ludoqorets" – "Dinamo" (Batumi) cütünün qalibi

"Mityulland"

"Sparta"

"Malmö"

APOEL

"Panevejis" – HİK cütünün qalibi

Səpələnməmişlər

TNS ("De Nyu Sayns") – "Deçiç" cütünün qalibi

"Borats" – "Eqnatiya" cütünün qalibi

"Hamrun" – "Linkoln" cütünün qalibi

"Balkani" – "Santa Koloma" cütünün qalibi

"Flora" – "Selye" cütünün qalibi

"Klaksvik" – "Differdanj" cütünün qalibi

RFŞ – "Larne" cütünün qalibi

"Vikinqur" – "Şemrok Rovers" cütünün qalibi

"Virtus" – "Styaua" cütünün qalibi

"Ordabası" – "Petrokub" cütünün qalibi

"Dinamo" (Minsk) – "Pünik" cütünün qalibi

"Yagelloniya"

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.