Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycan millisinin məşqçisi: Hazırkı güləşçilərdən bir neçəsi 2028-ci il olimpiadasına vəsiqə qazana bilər

23 may 2024, 13:59
Azərbaycan millisinin məşqçisi: Hazırkı güləşçilərdən bir neçəsi 2028-ci il olimpiadasına vəsiqə qazana bilər

Hazırkı güləşçilərdən bir neçəsi 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilər.

 Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olan Azərbaycanln yunan-Roma güləşi millisinin məşqçisi Həsən Əliyev deyib.

O, nəticənin gözlənilən olduğunu bildirib: "Çünki komandamız güclü idi. Heyətdə gənclər də var idi. Uşaqların vəziyətinə baxanda hansı nəticəni qazanacağını təxmin etmək mümkündür. Komanda ilk dəfə dünya çempionu oldu. İndiyə kimi fərdi şəkildə bir neçə çempionumuz olmuşdu. Amma komanda şəklində bunu bacarmamışdıq. Ötən il Avropada ikinci, bu dəfə isə birinci olduq. Üç çempion bizi kifayət qədər irəli apardı. Məsuliyyətimiz ildən-ilə artır”.

Qeyd edək ki, U-23 millimiz tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub. 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığma 163 xal toplayaraq ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.