Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Avropa Liqasında çempion müəyyənləşib - VİDEO

23 may 2024, 09:15
Avropa Liqasında çempion müəyyənləşib - VİDEO

Bu gün Avropa Liqasında 2023/2024 mövsümünün çempionu müəyyənləşib.

İrlandiyanın paytaxtı Dublində turnirin final matçı keçirilib.

Həlledici görüşdə Almaniya "Bayer"i İtaliya "Atalanta"sı ilə üz-üzə gəlib. Oyun "Atalanta"nın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Ademola Lukmanın het-triki ilə berqamolular tarixlərində ilk dəfə bu turnirin qalibi olublar.

Bu oyunda həmçinin, bu mövsüm Bundesliqanın çempionu olan Xabi Alonsonun komandasının uğurlu seriyasına son qoyulub. Cari mövsümdə heç bir turnirdə uduzmamayan "Bayer"in ümumilikdə 51 oyunluq məğlubiyyətsizlik seriyası var idi. Komanda Bundesliqanı da uduzmadan başa vurub. 

Qeyd edək ki, "Bayer" bu mövsüm qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"la birlikdə H qrupunda mübarizə aparıb. Leverkuzen təmsilçisi lider kimi 1/8 finala, Ağdam klubu isə qrup 2-cisi kimi pley-offa vəsiqə qazanıb. "Bayer"in 1/8 finaldakı rəqibi də məhz pley-offda "Braqa"nı mübarizədən kənarlaşdıran "Qarabağ" olub.

Qeyd edək ki, Avroliqanın son qalibi "Sevilya"dır.

UEFA Avropa Liqası final

22 may

23:00. "Atalanta" (İtaliya) - "Bayer" (Almaniya) - 3:0

Qollar: Lukman, 12, 26, 76